HKM & Co
Maliyyə, hüquq və brendinq — bir ünvanda

Biznesinizin hesabı da, haqqı da etibarlı əllərdə

Mühasibat, vergi, CFO, hüquq və korporativ brendinq xidmətləri, rəhbərlər və komandalar üçün təlimlər. Üstəlik pulsuz onlayn alətlər: bəyannamədən hesabat, kontragentin yoxlanışı, sənəd şablonları və hesab-faktura.

Bəyannamədən hesabat

Mənfəət vergisi bəyannaməsinin PDF-ini yükləyin — mənfəət və zərər hesabatı, balans və əsas göstəricilər bir neçə saniyəyə hazır olsun.

Kontragentin ilkin yoxlanışı

Təchizatçını VÖEN ilə yoxlayın: status, ƏDV qeydiyyatı, riskli vergi ödəyicisi və borc məlumatı rəsmi reyestrdən avtomatik gəlir, üstəlik risk qiymətləndirməsi.

Sənəd və müqavilə şablonları

Xidmət müqaviləsi, məxfilik sazişi, etibarnamə, pretenziya, üzləşmə aktı — məlumatları daxil edin, Word faylını yükləyin.

Hesab-faktura

Müştəriyə ödəniş üçün hesab hazırlayın: sətirlər, ƏDV, avtomatik nömrələmə, çap və PDF.

Xidmət istiqamətləri

Niyə biz

01

İki peşə, bir komanda

Maliyyəçi və hüquqşünas eyni məsələyə birlikdə baxır: vergi qərarı hüquqi risksiz, müqavilə isə vergi nəticəsi nəzərə alınmaqla hazırlanır.

02

Beynəlxalq standart

ACCA və CFA səviyyəli maliyyə ekspertizası, MHBS hesabatlığı, ingilis və türk dillərində müqavilələr.

03

Rəqəmsal yanaşma

Sənədləriniz və hesabatlarınız onlayn kabinetdə. Sorğu göndərin, nəticəni izləyin.

Birgə paketlər

Bir neçə xidmət vahid paketdə: bir komanda ilə işləyir, ayrı-ayrı sifarişdən daha sərfəli qiymət əldə edirsiniz.

Sualınız var?

Vəziyyətinizi qısa təsvir edin — bir iş günü ərzində sizinlə əlaqə saxlayaq.